İrandan XƏBƏRDARLIQ: ABŞ hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək


ABŞ İrana qarşı hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək.

"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bu İran Xarici İşlər Nazirliyinin ABŞ-ın İrandakı hüquqlarını qoruyan İsveçrə səfirliyinə rəsmi notasında qeyd olunub.

Xarici İşlər Nazirliyinin notası ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumda İranın rolu olmasına dair açıqlamalarına reaksiya olaraq verilib.

Qeyd edək ki, Yəmənin Ansarullah (husilər) üsyançı hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə pilotsuz uçan aparatlarla hücum ediblər. Hücum nəticəsində Səudiyyə Ərəbistanının neft hasilatı və ixracına ciddi ziyan dəyib.