Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb


Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.