Yol polisini təhqir edən sürücü cəzalandırıldı


Yol polisini təhqir edən taksi sürücüsü həbs edilib.

APA -nın məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Fəxrəddin Nəsirov barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə taksi sürücüsünün yol polisi əməkdaşını təhqir etməsini özündə əks etdirən görüntülər yayılıb.
Bu gün polis əməkdaşını təhqir edən Fəxrəddin Nəsirovun video müraciəti yayılıb. O, video müraciətdə polis əməkdaşlarından üzr istəyib.