Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü


Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.

"Sherg.az" xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:

"İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub".

Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.