8 nəfər qidadan zəhərlənib - AÇIQLAMA


"Bu ay qida zəhərlənməsi ilə bağlı 8 müraciət daxil olub".

Bu barədə Lent.az -a 1 saylı saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib. O bildirib ki, müraciətlər sırf bir qidadan zəhərlənmə ilə bağlı müraciət etməyiblər:

“Onlar müxtəlif qida qarışıqlarından zəhərləniblər.

Müraciət edən bütün şəxslərə lazımi yardımlar edilib və evə buraxılıblar”.