Bakıda kişi avtomobili ilə yoxa çıxdı 


Bakıda 42 yaşlı kişinin itkin düşməsi ilə bağlı yeni məlumat əldə edilib. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Bildirilib ki, bu il avqustun 31-də, saat 11:00-da 1977-ci il təvəllüdlü Abbasov Fəxri Həsən oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb. Kişi Gülüstan küçəsində yerləşən evdə yaşayıb. O, 90-VZ-826 dövlət nömrə nişanlı “Volksvagen Passat” markalı avtomobilinə minərək gedib.

Sentyabrın 18-də görülən axtarış tədbirləri nəticəsində müstəntiqlər sözügedən avtomobili saxlayıblar, amma avtomobili idarə edən başqası - 1979-cu il təvəllüdlü Hüseynov Bəhruz Bəhmən oğlu olub. B.Hüseynov polisə maşını Fəxri Abbasovdan aldığını, amma onun hara getdiyini bilmədiyini deyib. 

Hazırda itkin düşən F.Abbasovun axtarışı davam etdirilir. Hələlik onun haqqında məlumat yoxdur.