Qadının məhkəmə zalında əlləri qandallandı


Bakıda dələduzluqda təqsirləndirilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA -nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, N.Əfəndiyeva vətəndaş İlhamə Umbayeva qarşı dələduzluq edib.

İ.Umbayeva qızıl alveri ilə məşğul olub. N.Əfəndiyeva onun etibarından sui-istifadə edərək 70 min manatdan çox dələduzluq edib.
N.Əfəndiyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.