İnterpolun axtardığı azərbaycanlı saxlanıldı


Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, “Kiyev” aeroportunun sərhəd-keçid məntəqəsində saxlanılan 1961-ci il təvəllüdlü şəxsin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışda olduğu müəyyənləşib.