Bu ölkədə terror: 40-a yaxın ölü


Əfqanıstanın cənubundakı Zabul əyalətində törədilmiş güclü partlayış nəticəsində 39 nəfər həlak olub.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, partlayış mərkəzi xəstəxananın yaxınlığında törədilib.

Hadisə nəticəsində daha 185 nəfər yaralanıb. Qurbanların böyük əksəriyyəti həkim və xəstələr olub.

Partlayışla bağlı məsuliyyəti "Taliban" öz üzərinə götürüb.