Qayınanasını öldürən gəlinin dəhşətli etirafı - VİDEO


Bakıda 70 yaşlı qayınanasını döyərək öldürən Mədinə Şıxabdulova hadisənin təfərrüatını açıqlayıb.

Axar.az Xəzər Xəbər-ə istinadən məlumat verir ki, cinayət hadisəsi ötən gün paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.

Ailənin gəlini Mədinə Şıxabdulovanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.

“Qayınanam mənə hücum etdi, özümü müdafiə edirdim”, - deyə o bildirib.

Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai Prokurorluğunda "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.