Ermənistanla sərhəddə DÜŞMƏN TƏXRİBATI


Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Bu barədə "Sherg.az"a DSX-nın mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, sentyabrın 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.