Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər


Türkiyədə yerləşdirilən "S-400 Triumf" zenit-raket sistemləri 5-ci nəsil "F-35 Lightning II" qırıcılarının işini poza bilər. 

"Sherg.az" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Pentaqonun Türkiyəyə məxsus "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarının işini poza biləcəyinə dair narahatlıq və qorxusu əsassız deyil", - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, 5-ci nəsil "F-22 Raptor" və "F-35 Lightning II" qırıcıları yalnız ABŞ vergi ödəyiciləri və xarici alıcılar üçün "gözə görünməzdir".