İran yeni ballistik raket nümayiş etdirib




Bu gün Tehranda İran-İraq savaşının ildönümünə həsr edilmiş hərbi paradda yeni raketlər nümayiş etdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın hərbçiləri yeni uzaqmənzilli döyüş başlığı ilə təchiz edilmiş “Hürrəmşəhr” ballistik raketini nümayiş etdirib.

Eyni zamanda paradda İran istehsalı olan “Bavar-373” zenit-raket kompleksi, “Hordad-15” raket hücumundan müdafiə sistemi, 18 ballistik raket və digər silahlar nümayiş olunub.