Tramp İran rəhbərliyi ilə görüşməyəcək



ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assmbleyasının iclası çərçivəsində İran rəhbərliyi ilə görüşmək niyyətində olmadığını bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bunu bu gün jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidenti deyib ki, heç nəyi heç vaxt istisna etmək olmaz: “Ancaq mənim İran rəhbərliyi ilə görüşmək niyyətim yoxdur”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının iclasında iştirak edəcək.