Türk Ocaqları Genel Mərkəzi Bakıdan gələn xəbərə sevindi


Qərargahı Ankarada yerləşən Türk Ocaqları Genel Mərkəzinin saytı dünən təşkilatın Azərbaycanda baş tutan bərpa konfransını manşetinə daşıyıb.

Sherg.az xəbər verir ki, saytın baş xəbərində deyilir ki,  "Dildə, fikirdə, işdə birlik" idealımız üçün böyük bir addım atılıb. İnşallah digər paytaxtlarımız və simvol şəhərlərimizdə də  davamı gələcək. Xeyirli olsun".

 Türkiyənin aparıcı media orqanları - TRT, Anadolu agentlyi də Bakıdakı konfransla bağlı xəbərlərə yer verib. Eyni zamanda Türk Ocaqlarının Kastamonu, Qars, Nijdə şöbələrindən Azərbaycanda düzənlənən bərpa konfransı iştirakçılarına təbriklər çatdırılıb.