Yer İstanbul: Görən inanmadı, baxan bir də baxır



 Hamdullah Aksoy İstanbulun hay-küyündən, tıxacdan qaçmaq üçün Riva dərəsinin üzərində öz əməyilə 15 günə üzən ev tikib.   Beykozda, Riva dərəsində görənləri heyran edən üzən ev hər kəsin marağına səbəb olub.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, sahibi Hamdullah Aksoy  niyə suyun üzərində sal, gəmi olur, amma ev olmur düşüncəsi ilə yola çıxıb, görənləri heyrətə salan bu evi inşaa edib. Fotoqrafların, səyyahların və ətrafda yaşayanların marağını çəkən bu evdə huzur, dinclik tapdığını söyləyən 30 yaşlı Aksoy evin hekayəsini belə izah edir: "Rivada yaşayıram. Suyu, dənizi sevirəm. "Suyun üzərində sal, gəmi saxlayırlar niyə ev tikmirlər?" deyə düşündüm. Başladım, bacardım. Ramazan ayında başladım, oruc idim, boşluq olduğundan 15 gün içərisində qurdum. Gündə iki saat işlədim. Maşınların üzərinə qoyub əvvəl dənizə endirdim, sonra Riva dərəsinə çəkdim. Burada dinclik tapıram. Manqalım var, çayımı, qəhvəmi dəmləyirəm. İnsanlar gəlir, fotolar çəkir. Çox bəyənir, təbrik edirlər. Mən də zövqlə yaşayıram.



Çox qısa bir müddətdə üzən evi qurduğunu söyləyən Aksoy, evin su üzərində dayana bilməsi və batmaması üçün riyazi hesablamalar apardığını söyləyərək, "ilk sınağımda alındı" deyir:

- Düşünərək etdim. Altına vedrə qoydum. Vedrənin suda qaldırma gücü 300 kiloqramdı. Təxminən 25 ədəd vedrə qoydum. Altı ton qaldırma gücü olur. Üzərinə qoyduğum taxta isə iki tondur. Bütün hesablamaları etdim . Nəticədə suyun üzərindəsən, yaşayırsan." deyə danışır.




Aksoy evə böyük maraq olduğunu, bir çox cütlüklərin evlilik təklifini bu evdə etdiyini, fotoqrafların və ətrafdakıların evi tez-tez ziyarətə gəldiyini söyləyir:  "Yoldaşlarım gəlir. Çayımızı, qəhvəmizi dəmləyib, xoş vaxt keçiririk. Dənizə də açılır bu ev, amma vaxtı seçirəm. Sakit olduğu zaman dənizə girmək üçün gedirəm. Bu mənim hobbim oldu, zövqlə yaşayıram. Evə dəyişiklik etmək istəmirəm. Bu mənə yetər. İnsanların marağından dolayı hələ rahat otura bilməmişəm. Hər kəs gəlir, qıra bilmirəm insanları. Şəkil çəkmək istəyirlər. Onlar da oturur. Çay, qəhvə, içib dönürlər".

Turan