Xalq şairinin səhhəti normaldır: "Sadəcə yeriyəndə əziyyət çəkirəm"

Uzun müddətdir ki, Xalq şairi Musa Yaqub səhhəti ilə bağlı problemlər yaşayır. Əvvəlcə şairin yaxınları mediaya açıqlamalarında onun durumunun qənaətbəxş olmadığını, həkimlərin ürəkaçan fikirlər söyləmədiyini bildirirdilər. 

Sherg.az olaraq xalq şairinin sağlıq durumu ilə maraqlanmaq üçün onunla yenidən əlaqə saxladıq. Zəngimizə şairin özü cavab verdi. 

M.Yaqub hazırda səhhətinin yaxşı olduğunu dedi:

“İndi özümü normal hiss edirəm. Xəstəliyimlə bağlı müalicəm davam edir. Sadəcə bir az yeriyəndə əziyyət çəkirəm, çətin yeriyirəm".

Qeyd edək ki, Musa Yaqub uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkir.