"Heç kim Rusiyaya təzyiq edib Krımın qaytarmağa vadar edə bilməz"

ABŞ Prezidenti Donald Tramp Krımın qaytarılmasında Ukraynaya yardım edəcəyinə söz verib. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski həmçinin Trampla söhbət əsnasında ona Krımın gözəlliyindən bəhs etdiyini bildirib.

Rusiyanın Krımı heç vaxt qaytarmayacağını deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a bildirdi ki, Tramp böyük dövlətin prezidenti olmasına baxmayaraq bu məsələnin həllinə nail ola bilməz:

“O, Krımın Ukraynaya qaytarılması üçün Rusiyanı məcbur edə bilməz. Bəs, Amerika Ukraynada nəyə nail ola bilər? Heç olmasa, Rusiya qüvvələrini Donbasdan çıxarmalıdır. Çünki Donbas geniş muxtariyyətə malikdir. Amma Krım məsələsi olduqca çətindir. Heç kim Rusiyaya təzyiq edib Krımın qaytarmağa vadar edə bilməz. Ukrayna da o gücdə deyil ki, Rusiya ilə savaşıb Krım məsələsini öz xeyrinə həll etsin”.