Həkimlərdən SOS: 12 nəfər elekton siqaretdən öldü 


Amerikada 12 nəfər elekton siqaretdən ölüb.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Amerika səhiyyə sisteminin rəhbər heyəti elektron siqaretin ciyər xəstəlikləri yaratmasına dair 800 hal aşkarladıqlarını bəyan ediblər.

Onlar qeyd ediblər ki, elektron siqaretin yaratdığı xəstəliklərdən  əziyyət çəkən 12 amerikalı məhz elekton siqaretdən istifadə etdiyinə görə, dünyasını dəyişib. 

Bu vəziyyətlə bağlı həyəcan təbili çalan həkimlər amerikalılara xəbərdarlıq ünvanlayıblar. 

Professorlar bəyan ediblər ki, Amerikada elektron siqaretdən istifadə edənlərin sayı çoxalıb. Bu mənada insanlar nəzərə almalıdırlar ki, elektron siqaretlər ciddi epidemiya yaradır ki, onunda nəticə göz önündədir.