Fazil Mustafa: "Güneydəki milli mücadiləyə, Şimaldan dəstək verilməməsi düşündürücüdür"

“Güney Azərbaycandakı milli mücahidlərə Quzeydən dəstək verilməməsi olduqca ciddi məsələdir”. Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Şimaldan dəstəyin hansı formada olması həqiqətən də düşündürücüdür:

“Cəmiyyətin həssaslığından daha çox, məsələyə vətəndaş kateqoriyasında baxılmasından söhbət gedir. Onlar ayrı-ayrılıqda Azərbaycan vətəndaşlığını qəbul edə bilərlər. Bütün hallarda dünya azərbaycanlılarına aid olan hansısa mübarizənin cəmiyyətdə aktuallığından da söhbət gedir”.

F.Mustafa vurğuladı ki, Azərbaycan Güneydəki mücahidələrə hansısa sığınacaq vermək siyasətini yürütmür:

“Çox güman ki, Quzeydən Güney Azərbaycana dəstəyin verilməməsi bundan qaynaqlanır. Hər halda bu düşündürücü məsələdir. Bütövlükdə məsələ beynəlxalq münasibətlər konteksində dəyərləndirilməlidir. Yəni, Azərbaycan bu sahədə fəaliyyətləri təşkil etmir. Əsas məsələ Güneydəki mücahidlərin Azərbaycan vətəndaşlığına qəbul edilərək vətəndaş kimi ölkədə bərabər səviyyədə hüquqlar əldə etməsinin mümkünlüyünü təmin etməkdən ibarətdir”.