TRT-nin sabiq aparıcısı vəfat etdi

Türkiyənin rəsmi TRT kanalının sabiq aparıcısı Oya Yaylalı vəfat edib.

Sherg.az qardaş ölkə KİV-inə istinadən bildirir ki, xəbəri Türkiyə Jurnalistlər Cəmiyyəti yayıb. Cəmiyyət Yaylalının vəfatı ilə bağlı başsağlığı mesajı verib:

1958-ci ildə İstanbulda doğulan Yaylalı, Ankara Universitetinin Jurnalistika fakultəsini bitirib.  Fəaliyyətə 1982-ci ildə TRT-də başlayan Yaylalı, bu telekanalda uzun illər aparıcılıq edib.