Xocalı soyqırımı ilə bağlı yeni görüntülər – FOTOLAR

Tanınmış türkiyəli jurnalist və hərbi müxbir İrfan Sapmaz Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, o, Xocalı soyqırımı əsnasında çəkdiyi bəzi fotoları sosial şəbəkələrdə paylaşıb.

“1992-ci ildə Xocalı qətliamı zamanı Azərbaycanda o dövrün “Soni” kamerası ilə görüntüləri qeydə alıram. Hadisəni “Hürriyyət” və çalışdığım TRT vasitəsilə ilk dəfə dünyaya çatdırmışdım. Bəlkə də bu fotoda olan qardaşlarımızın bəziləri şəhid olub”, - İ.Sapmaz bildirib.