Özünü aslanların önünə atmışdı... Kim olduğu ortaya çıxdı!



ABŞ-ın Nyu - York şəhərindəki zooparkda, özünü təhlükəyə ataraq aslanların yaşadığı əraziyə girən qadının şəxsiyyəti müəyyən olunub. Təhlükəsizlik baryerlərindən adlayaraq aslanların yaşadığı yerə gedərək rəqs etmiş və qarşısındakı aslanın marağını çəkməyə çalışmışdı.

Sherg.az xarici mediyaya istinadən xəbər verir ki, başqa ziyarətçi tərəfindən qeydə alınan qadının o görüntüləri ictimai mediada da reaksiyalara səbəb olmuşdu. Hadisə  sentyabrın 28-i şənbə günü  Nyu - Yorkda olan Bronx zooparkında baş vermişdi. Aslanla qarşı-qarşıya dayanan qadın, heyvana əl yelləyib rəqs edərək onun diqqətini çəkməyə çalışmış, aslan isə bir müddət tərpənmədən qadını seyr etmişdi. Bu hərəkətiylə hər kəsi şok edən qadının 32 yaşlı Myah Autry olduğu ortaya çıxıb.



Qadın bu təhlükəli hərəkətini öz instagram səhifəsində də paylaşaraq, "Nəfəs alan heç bir şeydən qorxum yoxdur. Heyvanlar da eyni insanlar kimi sevgini hiss edər" deyə yazıb. Videoda bir nəfərin qadını dəfələrlə xəbərdar edərək "Bunu etmə" dediyi eşidilir. Myah Autry isə adama, "Təəssüf edirəm, amma ona daha yaxın olmaq istəyirəm" deyə cavab verir.
Myah Autry, ayrıca "Zooparkdakı bütün yetkinlər qorxdu. Qorxmayan tək mən və uşaqlar idi" şərhini yazıb. Polis, "Nyu -York Post" qəzetinə verdiyi açıqlamada , Myah Autryi saxlamağa çalışdıqlarını bildirib.

Myah Autryun keçmiş ev yoldaşı isə videonu gördüyü zaman "İnsanlar niyə belə hərəkət edir, anlamıram" deyə bildirib. O, aslanların yaşadığı əraziyə girən adamın  keçmiş otaq yoldaşı olduğunu öyrənib, çox təəccüblənib.


Turan