Eyvanda siqaret çəkmək baha başa gəldi

Stavropol diyarında eyvanda siqaret çəkməyə görə ilk cərimə yazılıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, günahkar 4 min rubl ödəməlidir. Bu, Rusiyada eyvanda siqaret çəkməyə görə tətbiq edilən ilk cərimə qərarıdır.
İnsident Stavropol diyarının İzobilna şəhərində qeydə alınıb. Mənzillərdən birində yanğın baş verib. Buna səbəb eyvanda siqaret çəkilməsi zamanı təhlükəsizliyə əməl edilməməsi olub.

Eyvanda siqaret çəkilməsinə görə cərimə ilə bağlı qanun 2019-cu il oktyabrın 1-də qüvvəyə minib. Qanuna əsasən, Rusiyada mənzillərin eyvanında, yataqxanaların otaqlarında və mehmanxana nömrələrində siqaret çəkilməsi qadağandır.

Qanunu pozanların 3-5 min rubl cərimələnməsi nəzərdə tutulur.