Tanınmış aparıcı AzTV-yə gətirildi

Tanınmış aparıcı Rövşən Binnətli İdman TV-nin direkor müavini təyin olunub.

Onu bu vəzifəyə AzTV-nin sədri Rövşən Məmmədovun dəvət etdiyi bildirilir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Mübariz Aslanov xəbəri təsdiqləyib.

Qeyd edək ki, Rövşən Binnətli indiyə qədər CBC Sport kanalında Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışırdı.