17 yaşlı oğlan elektron siqaretin qurbanı oldu - Ağır xəstəliyə tutuldu və sonra...

Amerikada ilk dəfə olaraq bir azyaşlı elektron siqaretin qurbanı olub.

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, Amerikanın Nyu-York ştatında, ötən həftənin cümə günü 17 yaşlı gənc elekton siqaretin yaratdığı epidemiya səbəbindən dünyasını dəyişib.
Bununla da ümumlikdə Amerikada elektron siqaretin yaratdığı xəstəliklərdən ölənlərin sayı 23 -ə çatıb.

Amerika səhiyyəsinin yaydığı məlumata görə, həmin gənc elekton siqaretin təsirindən ağ ciyərində yaranmış xəstəliyə görə, sentyabr ayında iki dəfə xəstəxanaya yerləşdirilib. 

Məhz bu ölüm hadisəsindən sonra ABŞ-ın Nyu-York, Miçiqan, San Fransisko və başqa şəhərlərində elektron siqaretlər üçün ətirli ədviyyatların satışı qadağan olunub. Tramp Administrasiyası da ümumiyyətlə, elektron siqaretdən istifadəni milli səviyyədə qadağan etmək barədə düşünür.