Türkiyənin hərbi əməliyyatlarından danışırdı: Uşağı canlı verilişə daxil olub


Amerikanın MSNBC televiziya kanalının aparıcısı Kube heç gözləmədiyi bir sürpriz yaşayıb
Sherg.az türk mediasına istinadən xəbər verir ki, amerikalı xəbər aparıcısı Türkiyənin cənub sərhədində  yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə barış və dinclik gətirmək məqsədiylə başladılan “Sülh çeşməsi” hərbi əməliyyatlarını canlı təqdim edərkən  uşağının studiyaya girməsiylə çətin anlar yaşayıb.

ABŞ mətbuatında yer alan xəbərə görə, MSNBC spikeri Courtney Kube, xəbər  bülletenində “Sülh çeşməsi” hərbi əməliyyatlarını təqdim edərkən 4 yaşlı oğulu studiyaya girib və  canlı verilişdə Kubenin lap yaxınlığına gəlib.
Çətin anlar yaşayan spiker Kube gülümsəyərək "Üzr istəyirəm, uşaqlarım  burdadır" deyib. Uşaq efirə girdiyi an ekranda bölgənin xəritəsi  göstərilməyə başlayıb.
Kube açıqlamasında 4 yaşlı əkiz uşaqlarını işə  gətirmək məcburiyyətində qaldığını ifadə edib.

Turan