Paşinyanın narahatlığı: Ermənistan PKK kimi müttəfiqini itirməkdən qorxur

“Ermənilərin və erməni terrorizminin əlini-qolunu sallayıb gəzdikləri, onlara münbit şərait yaradılan ölkələrdən biri də Suriyadır”.  Bunu Sherg.az-a açıqlamasnda AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib. 

Partiya funksionerinin sözlərinə görə, Ermənistan Suriya timsalında terror yuvasını itirir. Ona görə də İrəvan hökuməti Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı çıxır: 

“Ermənistan PKK kimi müttəfiqini itirməkdən qorxur. Sirr deyil ki, erməni hökuməti PKK terrorçuları ilə sıx əməkdaşlıq edir. Hətta onlara qucaq açaraq təlim düşərgələri yaradır. Ermənistanın baş naziri “Sülh çeşməsi” əməliyyatının ilk günündə orada erməni ailələrinin təhlükəsizliyini bəhanə edərək vay-şüvən qoparır. Halbuki, bu əməliyyat sivil mülki insanlara qarşı deyil, birbaşa terrorçulara qarşı yönəlib. Əməliyyatın uğurla tamamlanacağına zərrə qədər şübhə yoxdur”.



Əli Orucov: "Ermənistan Suriya timsalında terror yuvasını itirir"


Ə.Orucovun sözlərinə görə, Türkiyənin güclənməsi və regional mövqeyinin möhkəmlənməsi ermənilərin yuxusuna haram qatıb: 

“Rəsmi Ankara ABŞ və Avropa Birliyinə qarşı gedərək öz maraqları və dövlət təhlükəsizliyi istiqamətində qəti addımlar ata bilirsə, gec-tez eyni yanaşma işğalçı Ermənistana da sərgilənə bilər. Son günlər Rusiya-Ermənistan münasibətləri hamıya bəllidir. Amerika və digər Qərb ölkələrinin isə Cənubi Qafqaza müdaxiləsi qeyri-mümkündür. Belə olan halda İrəvan hökkumətinin narahatlığı anlaşılandır”.