Acun İlıcalı qəzaya uğradı - Foto



Türkiyənin məşhur aparıcısı, TV8 kanalının sahibi Acun İlıcalı qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, İlıcalının idarə etdiyi avtomobil təkərin partlaması nəticəsində yol kənarındakı maneəyə çırpılıb.

Aparıcı heç bir xəsarət almasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.


“Yol qəzasına uğradım. Səhhətim yaxşıdır. Zəng edən, soruşan hər kəsə təşəkkür edirəm”, - İlıcalı sosial şəbəkə hesabı vasitəsilə yazıb.