Gəncədə yaşayış binasında yanğın olub



Gəncədə yaşayış binasında yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Beşmərtəbəli binanın 5-ci mərtəbəsində Orxan Rzayeva məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından mühafizə hissəsinin 3 maşını  və 20 canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.