Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi


Türkiyə Ordusu və Suriya Milli Ordusunun apardığı "Barış bulağı" əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib.
"Şərh.az" virtualaz.org-a istinadən bildirir ki, Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış bulağı" adlı antiterror əməliyyatına başlayıb.

Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.