Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi - FOTO


İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib.
 "Sherg.azxəbər verir ki, 13 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Türk Şurası Gənclər Platformasının Birinci Baş Assambleyası keçirilib.
Baş Assambleyada Türk Şurası Gənclər Platformasının seçimləri aparılıb və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Platformanın prezidenti vəzifəsinə seçilib.