"Barış çeşməsi": 525 terrorçu zərərləşdirildi

Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış çeşməsi” hərbi əməliyyatları çərçivəsində 525 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Barış çeşməsi” antiterror əməliyyatı zamanı Suriyanın 42 kəndi olmaqla, ümumilikdə 109 kilometr ərazisi terrorçulardan azad edilib.