Təmir gedir: Bu yolda hərəkət məhdudlaşdırıldı

14 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

Bu barədə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib:

“Bunu nəzərə alaraq sürücülərdən  xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər”.