REAL qərar verdi: Partiya bələdiyyə seçkilərində iştirak edəcək

REAL Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.

APA -nın məlumatına görə, bu barədə partiya sədri İlqar Məmmədov “facebook”da məlumat paylaşıb. O, bələdiyyə seçkilərində iştirak etmələrinin məqsədini də açıqlayıb:

“Seçkilərdə iştirak etməyimiz yerli idarəetmənin əslində necə qurulmalı olduğunu bütün xalqa danışmaq və gələn il keçiriləcək Parlament seçkilərinə hazırlıqlıq məqsədi daşıyır".