Həmyerlisini qətlə yetirən tutuldu

Oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Tovuz rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İlər Nazirliyindən bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.