Asim Mollazadə: "Ermənistan təkcə bizim üçün yox, bütün dünyaya təhlükədir"

Aşqabadda ötən həftə keçirilən MDB sammiti zamanı əsas məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı olub.

Belə ki, dövlət başçımız Ermənistanda faşist Qaragin Njdeyə heykəl qoyulması məsələsinə toxunub. Prezident faktlarla sübuta yetirib ki, Ermənistanın faşizmə sevgisi terrorizmi dəstəkləməsinin bariz nümunələrindən biridir.

Millət vəkili Asim Mollazadə “Sherq.az”a deyib ki, Ermənistanda faşizmə sevgi, cəllad Njdeyə heykəl ucaldılması o qədər təəccüblü deyil:

“Bu, Ermənistanın ideoloji bağları ilə əlaqəlidir. Ermənistan Qaragin Njdenin xatirəsinə heykəl ucaltmaqla təkcə öz mənfur siyasətini yox, həm də çirkin keçmişini bir daha ortaya qoydu. İkinci Dünya Müharibəsi illərində faşizm üzərində qələbə asanlıqla əldə olunmayıb. Azərbaycanın minlərlə oğlu həmin döyüşlərdə şəhid olub, qan töküb. Ermənistanda faşistin heykəlinin ucalması və bilavasitə bu ideologiyanın yenidən bərpa olunması onu göstərir ki, onlar təkcə bizim üçün yox, bütün dünya üçün təhlükədirlər”.

Kənan Novruzov