Günəşlidə şəhid guşəsi baxımsız qalıb: Çirkli və palçıqlı...

Günəşli qəsəbəsində şəhidlər guşəsi baxımsız vəziyyətdədir. 
 
"Günəşliyə gəlmişəm. Buralara heç baxan yoxdur. Binaların arasında balaca park var, qarşısında şəhid guşəsi. Mərmərin üzəri çox çirkli və palçıqlı. Hörmətsiz bir görüntü kimi qalıb orada".

Sherg.az xəbər verir ki, bunu gənc tarixçi-araşdırmaçı Şəhla Cabbarlı şəxsi Feysbuk səhifəsində yazıb. Ş.Cabbarlı qeyd edib ki, ən azından kirilcə yazıları dəyişmək olardı:

"Üstəlik buradakı camaat da qəribədir. Bu mərmərlərin üstünü ayda bir dəfə təmizləyib, ora gül əkmək nə çətin işdir ki? Bizim məhləmizdə belə bir guşə olsaydı, şəxsən mən sevə-sevə edərdim. Şəhidinə əvvəlcə xalq qiymət verməlidir ki, sonra hökumət çəkinsin, diqqətli olsun".