Həmsədrlər Ermənistandadır: Regiona səfərləri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edib.

APA -nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bildirib.

Onun sözlərinə görə, vasitəçilər regiona səfər çərçivəsində bu gün və sabah Ermənistanda olacaq, rəsmi şəxslərlə görüşlər keçirəcək.
Həmsədrlərin daha sonra Dağlıq Qarabağa gələcək.

Vasitəçilər Bakıya da səfər edəcəklər.