Akar: "Bizim yeganə hədəfimiz budur"

Ras əl-Eyn və Tel-Abyad nəzarət altındadır. Bölgəyə nəzarətlə bağlı fəaliyyətlərimiz davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“İŞİD-lə bağlı bir həbsxana məsələsi var. Bu həbsxana ilə bağlı da biz əlimizdən gələni etməyə səy göstəririk. Bölgəmizdə bir həbsxana vardı. PYD tərəfindən boşaldıldığını gördük. Bunun da fotolarını çəkdik. Mübarizəmiz yalnız YPG ilə deyil, İŞİD başda olmaqla, bütün terror qruplaşmalarıyladır. Bizim üçün tək hədəf terrorçulardır”, - Akar bildirib.