Sarayda qəza: İki nəfər yaralanıb

Abşeronda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.  

Oxu.Az xəbər verir ki, Saray qəsəbəsi ərazisində “Qazel” markalı yük avtomobili ilə taksi fəaliyyəti göstərən “VAZ-2107” markalı nəqliyyat vasitəsi toqquşub.  

Hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər, 1990-cı il təvəllüdlü Cəfərova Günel Tofiq qızı və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıb.  

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. G.Cəfərovaya alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə qapalı kəllə-beyin travması, budun sınığı diaqnozu qoyulub.  

Hadisənin təfərrüatı araşdırılır.