Türkiyənin NATO üzvü olması diqqətə alınmalıdır - Polşa

Türkiyəyə qarşı silah embarqosunun tətbiqi müzakirə edilərkən, NATO üzvü olması da diqqətə alınmalıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç çıxış edib.

Çaputoviç qeyd edib ki, AB-nin XİN rəhbərlərinin toplantısında Türkiyəyə yönəlik bəyanatı dəstəklədik. Bu hərəkat nazirlər tərəfindən pislənildi. Sülhün qorunmasının lazım olduğunu və bunun ancaq BMT-nin himayəsində əldə ediləcəyini hesab edirik.