Kürdəmir sakini yanan maşınından xilas oldu

Kürdəmirdə avtomobil hərəkətdə olarkən qısaqapanma nəticəsində alışıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

“Niva” markalı avtomobil kənd istiqamətində hərəkətdə olarkən​ yanmağa başlayıb.

Sürücü, kənd sakini 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu dərhal yolun kənarına sürərək avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə idarəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğından sonra avtomobil tam yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.