Müğənni aparıcılığa başlayır: "Hər kəs tanısın"

“Eurovision” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova aparıcılıq qabiliyyətini nümayiş etdirəcək.

Lent.az -ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində bildirib ki, MTV-də veriliş aparacaq: “Yeni mövsümdən mənim təqdimatımda çox dinamik, pozitiv, hətta deyərdim, özüm kimi cazibədar bir proqram izləyəcəksiniz. Əlimizdən gələni edəcəyik ki, xalqımızın potensial gənclərini hər kəs tanısın. Ən sonda xalq öz sevdiyi istedadı seçəcək və biz onu ulduz edəcəyik”.