Ermənilər təxliyə olunur?

Ermənistanın Dəməşqdəki səfirliyi və Hələbdəki Baş Konsulluğu Suriyanın şimal-şərqindəki erməni təşkilatları ilə mütəmadi əlaqə saxlayır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan XİN sözçüsü Anna Nağdalyan Türkiyənin “Sülh çeşməsi” əməliyyatı ilə bağlı danışarkən deyib.

“Etnik ermənilər əsasən Qamışlıda yaşayır. Hazırda bu bölgələrdə hərbi əməliyyatlar aparılmır, buna görə də təxliyə məsələsi gündəmdə deyil. Zərurət olacağı halda Ermənistan etnik ermənilərin təxliyəsi üçün dəstək verməyə hazırdır”.

Xatırladaq ki, erməni millət vəkili Mxitar Ayrapetyan Tel-Abyaddakı erməni ailələri təxliyə etməyi planlaşdırdıqlarını açıqlamışdı.