Bakı polisi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi

Bakı şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.

BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”