Əsəd Menbiçi tam ələ keçirdi: Rusiya təsdiqlədi - VİDEO

Vaşinqton Moskva ilə Menbiçin Suryanın nəzarətinə verilməsiylə bağlı məxfi razılığa gəlib.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyusvik” jurnalı yayıb. Jurnal ABŞ-ın şəhərdən qoşunlarını çıxarmağa başladığını və Rusiya ordusunun burada möhkəmlənməyə çalışmasını istədiyini yazıb.

Hətta ABŞ-ın bunun üçün Rusiya hərbçilərinə kömək etdiyi və onların bölgədəki təhlükəsiz olmayan zonalardan sürətli keçidini təmin etdiyi bildirilir.

Suriya ordusu Menbiç üzərində tam nəzarəti bərpa edib.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.