Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 15-də başa çatıb.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.