Ərdoğan Putinlə danışdı: Əsəd ordusu ilə toqquşma...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Kreml məlumat yayıb.

Liderlər Suriyadakı vəziyyəti, eləcə də Türkiyə ordusu ilə Suriyanın hökumət qüvvələrinin toqquşma ehtimalını müzakirə ediblər.

İŞİD-çilərdən də danışan Putin Ərdoğana deyib: "Onsuz da terrorçular azad olmaq və qonşu ölkələrə sızmağa çalışırlar".