Şəkidə əlbəyaxa dava qanla bitdi

Dava zamanı yerlisini yaralayan gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan verilən məlumata görə, əlbəyaxa dava zamanı Orxan Balacayevi kəsici alətlə yaralayan Fuad Mustafazadə xəstəxanadan çıxarıldıqdan sonra saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Qeyd edək ki, hadisə dünən Qax şəhəri ərazisində baş verib. Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Tərlan oğlu Balacayev ilə rayonun Qaxingiloy kənd sakini, 1998-ci il təvəllüdlü Fuad Adil oğlu Mustafazadə arasında dava baş verib. Dava zamanı Orxan Balacayev Fuad Mustafazadəyə qapalı kəllə-beyin tarvması yetirib. Fuad Mustafazadə isə əlində olan kəsici alətlə Orxan Balacayevin sol bel nahiyəsinə xəsarət yetirib. Hər iki şəxs aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.